|
Allahşükür Paşazadə yalançı mollalardan danışdı

Mövcud olan problemlərdən biri də yalançı mollalardır.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

 

A.Paşazadə bildirib ki, QMİ-də qeydiyyatda keçməyən, rəsmi icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər: “Bu da qanunların əleyhinədir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilməyən insanların dini mərasimləri aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə işlər aparılır”.