İtaliya millisinin sabiq müdafiəçisi Alessandro Nestanın yeni iş yeri bəlli olub.
Qol.az-ın xəbərinə görə, 42 yaşlı məşqçi İtaliya B Seriyasında çıxış edən “Peruca”nı çalışdıracaq. Bu barədə klubun saytı xəbər yayıb.
Qeyd edək ki, Nesta 2016-2017-ci il mövsümündə ABŞ-ın “Mayami” klubunda çalışıb
