|
Koentrau Portuqaliya millisindən imtina etdi

Portuqaliya millisinin üzvü Fabio Koentrau DÇ-2018-də iştirak etməkdən imtina edib. 
30 yaşlı müdafiəçi  feysbuk səhifəsində yaxşı formada olmadığını və bu səbəbdən mundialda komandasına kənardan dəstək vermək istədiyini yazıb.

Qeyd edək ki, “Sportinq”in üzvü 2009-cu ildən Portuqaliya millisinə dəvət alır.