Məşhur aparıcı Burcu Esmersoy nişanlısı Berk Suyabatmazla nikaha masasına oturub.
Cütlüyün toyu Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunda baş tutub.Burcu mərasimdən fotoları İnstaqram hesabında paylaşaraq yazıb:
"Tanış olduğumuz yerdə evlənmək nəsib imiş. Bizim xoşbəxtliyimizi paylaşan və öz xoşbəxtliyi kimi yaşayan hər kəsə çox təşəkkür edirəm".







