Sevgilisinə qısqanclıq zəminində bıçaqlayan Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə mayın 21-nə təyin edilib.
Qeyd edək ki, R.İbrahimov sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bir neçə dəfə bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
R.İbrahimov cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur.
