|
Abşeronda yük maşını yanıb

Abşeron rayonunda yük maşını yanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistralda hərəkətdə olan 90-ZV-376 dövlət nömrə nişanlı yük maşını anidən tüstülənməyə başlayıb. Sürücü dərhal avtomobil düşərək təhlükəsiz əraziyə qaçıb. Hadisə yerinə ərazi üzrə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Yük maşının tamamiylə yanıb.