|
İrlandiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

İrlandiyanın Offali qraflığında təyyarə paraşütçülər tullandıqdan sonra qəzaya uğrayıb.

Trend-in məlumatına görə, insident 16 paraşütçünün tullanmasından bir neçə dəqiqə sonra baş verib. Qəza nəticəsində təyyarənin pilotu və göyərtədə olan 7 yaşlı uşaq həlak olublar.

 

Polislər qəzanın səbəblərini araşdırır.