|
Haitidə ağır yol qəzası baş verib, çoxlu sayda həlak olan var

Haitinin Arkae şəhərinin yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 15 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır.

 

Qəzanın səbəbi barədə məlumat verilmir.