Qayınanasını öldürən şəxsin məhkəməsi başladı.
Musavat.com zəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesində təqdirləndirilən şəxs etiraz olaraq arxasını məhkəməyə çevirərək ayaq üstə durub. O bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar ediblər. Təqsirləndirilən şəxs işinə ədalətli baxılmasını istəyib. O, hakimin suallarının heç birinə cavab verməyib.
Məhkəmə baxışı mayın 17-ə təyin edilib.
Hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.
Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə-tibb ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub. Onu boğaraq öldürüblər.
Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham verilib.
Məlumata görə, Cavad İbrahimov ilkin ifadəsində qaynanası onunla sevişməyi təklif etdiyi üçün onu döydüyünü bildirib. Lakin qayınanasını öldürmək niyyətinin olmadığını deyib.
