Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Qol.az-ın xəbərinə görə, assosiasiyanın inzibati binasında keçiriləcək tədbir saat 10:00-da start götürəcək.
İclasda əvvəlcə Topaz Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflər müzakirə ediəcək.
Sonra Topaz Premyer Liqa gənc futbolçularla bağlı limitə yenidən baxılacaq.
Bundan başqa, lisenziyalaşdırma prosesi və digər məsələlər də gündəlikdədir
