|
Türkiyədə təyyarə qəzası

Bu dəqiqələrdə Türkiyənin Balıkesir vilayətində təyyarə qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, vilayətin Burhaniyyə rayonunda zeytun bağlarına həşəratlara qarşı kimyəvi dərman çiləyən təyyarə yerə dəyib. Hadisə zamanı pilot Süleyman Doğan yaralanıb.

Hadisə zamanı digər ölən və ya yarlanan barədə məlumat daxil olmayıb.