|
Üzünüz üçün çiyələk maskası

Çiyələk maskası ilə dərinizdəki bir çox ləkələri təmizləyə bilərsiniz.

 

Axşam.az xarici KİV-ə istinadən maskaların tərkibini və hazırlanma qaydasını sizlərə təqdim edir:

Ləkələr üçün maska
Tərkibi:
2 çiyələk
1 qaşıq qatıq

3 damcı lavanda yağı

Bütün sayılanları əzib qarışdırdıqdan sonra üzünüzə vurun. Yarım saat saxladıqdan sonra ilıq su ilə təmizləyin.

Qara nöqtələr üçün maska
Tərkibi:

1 qaşıq bal
Yarım qaşıq limon suyu
2-3 çiyələk
Bunları əzib yaxşıca qarışdırın. Üzünüzə, xüsusən də qara nöqtələr olan hissəyə çəkin. 5-10 dəqiqə sonra yuyun. Həftədə bir dəfə istifadə edə bilərsiniz.
Günəş ləkələri üçün maska

Tərkibi:

4-5 çiyələk

1 qaşıq limon suyu

1 qaşıq qatıq

Çiyələkləri əzib qatıq və limon suyu ilə qarıdırın. Üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 1-2 dəfə bu maskadan istifadə edə bilərziniz