|
Ağdam 110 saylı köçkün tam orta məktəbində "Heydər Əliyev 95" adlı tədbir keçirilib

Bu gün Ağdam 110 saylı köçkün tam orta məktəbində "H.Əliyev 95" adlı tədbir keçirilib.
Tədbirdə ərazidə yaşayan valideynlər, məktəbin şagird və müəllim kollektivi, KİV nümayəndələri iştirak edib. 
Məktəbin direktoru 1993-cü ildən YAP- ın üzvü Ağdamda YAP- ın yaradıcılarından olmuş, tanınmış ziyalı məktəbin direktoru Cəmilə Qasımova Ulu öndərin keçdiyi həyat yolu haqqında geniş məruzə edib: "Bu gün Ulu öndərin doğum günüdür. O Azərbaycan xalqının qəlbində xilasgar, qurucu, yaradıcı lider kimi həkk olunan bu tarixi şəxsiyyət təkcə bizim yox, bütün dünya Azərbaycanlılarının fəxrinə çevrilib. O, Azərbaycan xalqının dahilik rəmzidir. Onun ideyaları hər zaman mayak olub xalqımıza yol göstərir və göstərəcək!
Məktəbin müəllimləri Rəsulzadə Mehriban, Salahova Zülfiyyə, Məhərrəmli Aysel, Alıyeva Ruhəngiz, Mustafayeva Könül, İbadova Türkan, Quliyeva Almaz, Məmmədova Bənövşə, İbadova Gültəkin tədbirdə fəal iştirak etmiş Ulu Öndər haqqında maraqlı məlumatlarla şagirdləri məlumatlandırıblar!
Sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib!

Cia.az