|
AYİB Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozu yaxşılaşdırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozu yaxşılaşdırıb.

Trend-in məlumatına görə, bu barədə bankın yenilənmiş hesabatında deyilir.

Belə ki, AYİB cari ildə Azərbaycan ÜDM-nin artımı üzrə proqnozlarını 2-dən 2,5 faizədək artırıb.

 

2019-cu ildə isə bank artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırır.