|
Azərbaycan və ABŞ ticarət imkanlarını müzakirə edəcəklər

Azərbaycanın ticarət missiyası Vaşinqtonda mayın 17-də keçiriləcək 2018 Transxəzər forumunda iştirak edəcək. Bu barədə Trend-ə ABŞ-Azərbaycan Ticarət Palatasından bildiriblər (USACC).

 

Azərbaycan nümayəndə heyətinə tikinti, tibb cihazlarının istehsalı, telekommunikasiya və İT, qida və içki məhsullarının paylanması və s. kimi sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri daxil olacaq.