|
Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar idman yarışları keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə idman və istirahət parkında kütləvi idman yarışları keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yarışlar çərçivəsində 16 orta məktəbin komandası mini futbol üzrə turnirdə iştirak edib, turnirin qalibi 49 №-li “İntellekt”məktəb-liseyin komandası olub. 2-ci yerə 6 №-li məktəbin, 3-cü yerə isə 91 №-li məktəbin komandası çıxıb. Qaliblərə və mükafatçılara kubok və fəxri fərmanlar təqdim olunub.

Gələcəkdə də bu idman kompleksində kütləvi və fərdi yarışların keçirilməsi nəzərdə tutulub.