|
Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib

Mayın 10–da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar repertuarda dəyişiklik edilib.

Mərkəzdən bildirilib ki, mərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında rejissor İqbal Məmmədəliyevin çəkdiyi “Əbədiyyət yolu” adlı qısametrajlı sənədli film daxil olunub. Film seansları 12:30 və 14:30-da keçiriləcək. Seanslara giriş sərbəstdir.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür. https://www.facebook.com/NizamiCinema?rf=482176415135559