“Euronews” telekanalının italyan dilindəki saytında məşhur Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən tikilən və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilən Möminə xatun türbəsi haqqında məlumat yerləşdirilib.
Yazıda abidənin tarixi və memarlıq xüsusiyyətləri, Möminə xatunun həyatı haqqında bəhs olunub.
Möminə xatun türbəsinin Naxçıvan şəhərinin qədim memarlıq nümunələrindən olduğunu qeyd edən müəllif türbənin 1186-cı ildə ölkənin siyasi həyatında əvəzsiz rol oynayan Möminə xatunun şərəfinə ucaldıldığını diqqətə çatdırıb.
