|
"Yuventus" "Milan"ı darmadağın edib, kuboku qazandı

İtaliya kubokunun qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, final oyununda "Yuventus" və "Milan" üz-üzə gəlib. "Stadio Olimpiko" stadionunda keçirilən görüş Turin klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Bununla da "Yuventus" 12-ci dəfə ölkə kubokuna sahib olub.
"Yuventus" - "Milan" - 4:0
Qollar:
 Benatia, 56, 64; Kosta, 61; Kaliniç, 76 (avtoqol)