|
Dünya Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ: 2021-ci ildə artım olacaq

Dünya Bankı növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.

Trend bu barədə təşkilatın hesabatına istinadən məlumat verir.

 

Proqnozlara əsasən, 2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz, 2019-cu ildə 3,8 faiz, 2020-ci ildə 3,2 faiz artacaq:

“Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının artım templəri qaz hasilatının genişlənməsi və Transanadolu boru kəmərinin işə salınması ilə sürətlənəcək”.