|
“İtaliya millisi etibarlı əllərdədir”

“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti Roberto Mançinin İtaliya millisini çalışdıracağı haqda xəbərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, karyerasını klubda davam etdirəcəyini bildirib:

“Mançini əla məşqçidir. O, böyük beynəlxalq təcrübəyə malikdir. İtaliya millisi etibarlı əllərdədir.
Mən karyeramı klubda davam etdirəcəyəm. İtaliyada, yaxud ölkə xaricində çalışacağıma hələlik qərar verməmişəm. Klubsuz qalmağım da mümkündür”.

Qeyd edək ki, Mançini ilə yanaşı, Ançelottinin də İtaliya millisini çalışdırmaq ehtimalı mövcud idi.