Suriyada Rusiya vertolyotu qəzaya uğrayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Ka-52 vertolyotunun qəzaya uğraması nəticəsində 2 heyət üzvü həlak olub. Onların cəsədləri tapılıb və aerodroma gətirilib. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb ola bilər.
