Bakının Sabunçu rayonu ərazisində piyadanı avtomobil vurub.
APA-nın xəbərinə görə, Hadisə rayonun Kürdəxanı qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əkbərov Şahzadə Təhməz oğlu yolu keçmək istəyən zaman avtomobilin zərbəsinə tuş gəlib.
Yaralı tanışlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə verilib. Hazırda vəziyyəti ağır olaraq qalır.
Faktı Sabunçu polisi araşdırır.
