|
"Papito"nun ifaçısı Azərbaycana gəlir

Məşhur “Chocolata” ("Papito") mahnısının ifaçısı Seeya futbol üzrə Azərbaycan kubokunun finalı üçün Qəbələyə gələcək.

Axşam.az-ın məlumatına görə, rumıniyalı müğənni mayın 28-də keçiriləcək finalda iştirak edəcək.

Seeya Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmadan öncə azarkeşləri coşduracaq.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 28-i, saat 19:00-da keçiriləcək. Finalda meydan sahibi “Qəbələ” ilə “Keşlə” üz-üzə gələcək.