|
Avropa İttifaqı ölkələrində kibertəhlükəsizlik üzrə mütəxəssis çatışmazlığı hiss olunur

Avropanın ehtiyac duyduğu kibertəhlükəsizlik üzrə istedadlı mütəxəssislər axtarışı xüsusi müsabiqələr keçirilməsini sadələşdirməyə kömək edir. Məsələn, Çex Respublikasında silahlı qüvvələrin elektron və kommunikasiya sistemləri qeyri-hökumət assosiasiyasının təşəbbüsü ilə “Kybersoutěž” müsabiqəsi artıq ikinci dəfə keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Çexiyanın 86 orta ümumtəhsil məktəbindən 3061 şagird iştirak edib. Onlardan 36-sı finala çıxıb. Müsabiqənin ən yaxşı iştirakçıları kibernetik təhlükəsizlik məsələləri ilə məşğul olan ixtisaslaşdırılmış şirkətlərlə, həmçinin müvafiq profilli ali məktəblərlə əməkdaşlığa başlamaq imkanı əldə edir.