|
Liviya sahillərində 97 miqrant xilas edilib

Aralıq dənizində Liviya sahillərində 97 qeyri-leqal miqrant xilas edilib.

Trend-in məlumatına görə, 97 qeyri-leqal miqrant Aralıq dənizi vasitəsi ilə Liviyadan Avropaya keçmək istəyiblər. Xilas edilən miqrantlar arasında 29 Misir və 2 Tunis vətəndaşı olub.

 

Miqrantlar Liviyanın HDQ-nin hərbi bazasına gətirilib və onlara tibbi yardım göstərilib.