Kipr çempionatında 35-ci turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, Araz Abdullayevin formasını geydiyi “Anortosis” öz meydanında “Omonia”nı qəbul edib.
Meydana start heyətində çıxa Araz ilk yarıdan sonra əvəzlənib. O, 19-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Matç həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 69-a çatdıran “Anortosis” üçüncü pillədə qərarlaşıb.
