|
Muraddan ayrılan Aslı siqaret çəkməyə başlayıb

Müğənni Murad Bozla 2,5 illik münasibətlərinə son qoyan aktrisa Aslı Enverdən xəbər var.

Muradın Levent istiqamətində yerləşən evindən köçən aktrisa hazırda Səudiyyədə olan anasının mülkündə qalır.
Aslının yaxın günlərdə Etiler istiqamətində kirayəsi 5 min lirəyə (təxminən 2 min 500 AZN) olan bir evə köçəcəyi deyilir.
Məlumata görə, Bozdan ayrılan Enver hələ də özünə gələ bilmədiyi üçün arada siqaret də çəkir.