|
Dövlət Departamenti: Türkiyənin Rusiyadan aldığı S-400-lər NATO standartlarına uyğun gəlmir

Türkiyənin Rusiyadan aldığı S-400-lər NATO standartlarına uyğun gəlmir.

Trend-in məlumatına görə, bunu Dövlət Departamentinin xüsusi nümayəndəsi Xizer Nauert deyib.

 

Nauert deyib ki, ABŞ Türkiyənin S-400-ləri tədarük etməsindən ciddi narahatlıq keçirir: "NATO ilə razılığa görə, Türkiyə alyansın üzvü kimi yalnız digər üzvlərə uyğun olan silah və hərbi texnikanı tədarük edə bilər".