|
Suriya müxalifətində çaxnaşma: "Ceyşul-İslam" lideri istefa verdi

“Ceyşul İslam” qruplaşmasının siyasi qanadının lideri Məhəmməd Alluş istefa verib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Məsdər” agentliyi məlumat yayıb.

Alluş bu qərarını yeni inqilabi qüvvələrə yol açmaq istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, M.Alluş Astana sammitində Suriya müxalifətini təmsil edirdi.