|
Hindistanda avtobusun aşması nəticəsində 27 nəfər ölüb

Hindistanda avtobusun aşması nəticəsində ən azı 27 nəfər ölüb.

"Report"un "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Times of India" məlumat yayıb. Avtobus Muzaffarpur şəhərindən Nyu-Dehliyə gedirmiş. Qəza nəticəsində avtobus yanmağa başlayıb.

"Nəqliyyat vasitəsi yoldan kənara çıxıb, daha sonra aşıb və yanıb", - polis nümayəndəsi Vicay Sinxa deyib. Hadisənin səbəbləri hələlik məlum deyil.