|
Premyer Liqamızda 26-cı turun - hakim təyinatları

Topaz Premyer Liqasında 26-cı turun oyunları üçün  hakim təyinatları açıqlanıb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi matçı olan “Qarabağ” – “Neftçi” oyunu FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
4 may (cümə)

“Kəpəz” – “Sumqayıt”
Hakimlər
: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli
Gəncə şəhər stadionu, 16:00

 

5 may (şənbə)

“Səbail” – “Zirə”
Hakimlər:
 İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov 
 “Bayıl Arena”, 17:00

“Qəbələ” – “Keşlə”
Hakimlər:
 Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
Qəbələ şəhər stadionu, 19:00

6 may (bazar)

“Qarabağ” – “Neftçi”
Hakimlər:
 Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
 “Azersun Arena”, 19:00