|
"Atletiko" "Arsenal"a, "Zalsburq" "Marsel"ə qarşı - Yenilənir

Bu gün Avropa Liqasında yarımfinalın cavab oyunları keçiriləcək.

Qol.az-ın xəbərinə görə, oynanılacaq iki matçla finalçıların adı müəyyənləşəcək.

Erkən final adlandırılan “Atletiko” – “Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gələcək. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların finala çıxmaq şansı bərabər qiymətləndirilir.

Digər görüşdə isə sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Zalsburq” “Marseli”i qəbul edəcək. Fransada keçirilən ilk qarşılaşmada 2 cavabsız qolla qalib gələn “Marsel” finala daha iddialıdır.

3 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

 

23:05. "Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə) - 0:0 (Birinci hissə)
İlk oyun - 1:1
Baş hakim:
 Canluka Rokki (İtaliya)
 
23:05. "Zalsburq” (Avstriya) – "Marsel” (Fransa) - 0:0 (Birinci hissə)
İlk oyun - 0:2
Baş hakim:
 Sergey Karasyov (Rusiya)