37 yaşlı aktrisa Paris Hiltonun illər əvvəl yayılan yataq görüntüləri ətrafında qalmaqal bitmək bilmir.
Paris bununla bağlı daha bir açıqlama verib. O, “Onun bu videonu satmağını eşidəndə, özümü təcavüzə uğramış kimi hiss etdim” sözlərini deyib.
Məşhur fotomodelin görüntülərini keçmiş sevgilisi Rick Salomon yayıb. Hilton bir neçə dəfə peşmanlığını dilə gətirsə də, yenidən açıqlama vermək məcburiyyətində qalıb.
Qeyd edək ki, cütlük ayrıldıqdan bir müddət sonra Rick 2004-cü ildə görüntüləri “One night in Paris” (Parisdə bir gecə) adı ilə media orqanlarına satmışdı.
