|
Kolumbiyada təyyarə qəzaya uğradı: 4 ölü

Kolumbiyada Milli Polisə məxsus təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə ölkənin mərkəzi hissəsində İbaqe hava limanı yaxınlığında baş verib.

 

Hadisə nəticəsində 4 nəfər polis əməkdaşı həlak olub.

Qəzanın təlim uçuşları zamanı baş verdiyi bildirilir.