|
Tovuzda tikintidə bədbəxt hadisə -

Tovuz rayonunda tikintidə bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, rayonda tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Rüstəmov Qaçay Sahib oğlunun sifət nayihəsinə ağır taxta düşüb.

Hadisə nəticəsində Q. Rüstəmovun çənəsi sınıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır.