Almaniyada qadın sürücülərin öz maşınları ilə qurduğu münasibətin kişilərinkindən daha fərqli olduğu üzə çıxıb.
“Cosmos Direkt” adlı sığorta şirkəti tərəfindən aparılan anketlər zamanı hər səkkiz qadın sürücüdən biri öz maşınına ad qoyur. Bu isə o deməkdir ki, qadın sürücülərin 13 faizi öz maşınına ad və ya ləqəb qoyur, kişi sürücülərdə isə bu vəziyyət cəmi 5 faizdir. “Cosmos Direkt”in daha öncəki rəy sorğularında 18-29 yaşlı qadın sürücülərin hətta öz maşınları ilə söhbət etdiyi də üzə çıxmışdı. Ekspertlər bu durumu qadınların öz maşınlarına münasibətdə çox həssas olması ilə izah edir.
