|
Kurtua "Çelsi" ilə yeni müqavilə imzalamaqdan imtina etdi

“Çelsi”nin qapıçısı Tibo Kurtua növbəti mövsümün sonunda İngiltərədən ayrıla bilər.
Belçikalı qolkiper London klubunun təklifindən imtina edib. Yeni müqaviləyə razılıq verməyən Kurtua artıq Premyer Liqada oynamaq istəmir. O, hazırda ailəsinin yaşadığı Madridə köçmək niyyətindədir.

Qeyd edək ki, Kurtuanın “Çelsi” ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.