“Fazilet hanım ve kızları” serialında Gökhan obrazını canlandıran aktyor Tolqa Güleç paylaşımı ilə izləyicilərini çaş-baş salıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin dekabrında aktrisa Yeliz Şar ilə boşanmaq qərarına gələn aktyor onunla birgə çəkilmiş şəklini hesabında yerləşdirib.
Tolqa fotonun altına duyğusal qeyd də yazıb:
“Səni sevmək nə gözəldir. Sən mənim eşqim, qızım, yoldaşım, balaca anamsan. Canım, birdənəm, səni sevmədən əvvəl dünyanı sevmək nədir bilməmişəm. Bu şəhər gözəldirsə, sənə görədir, bu alma şirindirsə, o da sənə görədir, bu insan ağıllıdırsa, o da sənə görə...”
Qeyd edək ki, cütlük 2013-cü ildə ailə qurmuşdu. Ötən ilin dekabrda səbəb açıqlanmadan sürpriz qərarla ayrılmışdılar.

