|
Valyuta satışı ilə bağlı STATİSTİKA açıqlandı -

Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin aprel ayı ərzində 802,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb.