|
Son 40 ilin ən güclü istiləri gözlənilir

Rusiyanın paytaxtı Moskvada son 40 ilin ən güclü istiləri gözlənilir.

Trend-in məlumatına görə, rekord istilər bu gün ərzində müşahidə edilə bilər.

 

Belə ki, havanın temperaturunun 28 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır.

Sonuncu dəfə analoji temperatur 1977-ci ilin yayında qeydə alınıb.