Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Zamanova Aynur Həsənağa qızı Bakıxanov qəsəbəsinin Sülh küçəsində əri ilə mübahisə edib.
Nəticədə o, küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
A.Zamanova əri ilə bir müddət əvvəl boşanıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
