|
Qaçan pişik bir həftə Nyu-York aeroportunda gizlənib

Nyu-Yorkdakı Con Kennedi aeroportunda bir həftədir polisdən qaçmağa nail olan Pepper ləqəbli pişiyi yaxalayıblar. Pişik öz sahibindən sonuncu Çinə gedərkən qaçmağı bacarıb. O, pişiyi olmadan uçmağa məcbur qalıb, heyvan isə Nyu-Yorkda qalıb. Polislər bir neçə dəfə Pepperi aeroportda görsələr də, onu yaxalamaq mümkün olmayıb. 

28 apreldə polisin köməyinə Cersi Siti şəhər sakini Nuan Tan gəlib. O, Pepperin sahibəsi ilə tanış idi. O, aeroporta gəlib və onu çin ləqəbi ilə, “Day Men” olaraq çağırıb. Sonuncu tanış səsə çıxıb və bu, onun yaxalanmasına səbəb olub. İndi isə Nuan Tan Pepperi öz sahibinə çatdırmağa hazırlaşır.

2013-cü ildə xəbər verildi ki, Vankuver beynəlxalq aeroportunda pişiklərə aid yerdən iki pişik qaçıb. Pişiklərdən birini yaxalayıblar və iki gün sonra sahibinə qaytarıblar. İkinci pişiyin axtarışı uzun müddət davam etsə də, son nəticədə onu tapıblar.