|
Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ olub

Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Seysmoloji Mərkəzindən bildirilib.

 

Yeraltı təkanlar yerli vaxtla 07.47-də (Bakı vaxtı ilə 06.47-də) adanın şərqindəki Hualyan yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

  

Dağıntılar və xəsarət alanlar barədə məlumat hələlik verilmir.