Məşhur cütlük - müğənni Zeyn Malik və model Gigi Hadid yenidən barışıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, martda ayrılan cütlük Nyu-Yorkda əl-ələ görüntülənib.
Küçədə öpüşən 25 yaşlı Zeyn və 23 yaşlı Gigi xoşbəxt görünüblər.
Qeyd edək ki, 2 ildir sevgili olan Malik və Hadid işlərinin çox olması və bir-birilərinə vaxt ayıra bilməməsi səbəbi ilə ayrılmaq qərarı vermişdilər. 


