|
Bərdə sakini ehiyatsızlıqdan qardaşını öldürdü

Aprelin 29-da saat 22 radələrində Bərdə rayonunun Vəliuşağı kəndində yaşayan Pənah Ağayev evinin həyətində “VAZ-2106” markalı avtomobili geriyə hərəkət etdirərkən qardaşı Zabili vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, Zabil aprelin 30-da yaşadığı evdə ölüb.

 

Araşdırma aparılır.