|
Hüsniyənin Portuqaliya gəzintisi

Aparıcı Hüsniyə Məhərrəmova Portuqaliyaya yollanıb.

O, şəkillərini sosial şəbəkədə bölüşüb.

Rusiyanın xalq artisti Filip Kirkorovun sahib olduğu “Dream Team” şirkəti ilə əməkdaşlığa başlayan və “Eurovision”ın Azərbaycan deleqasiyasında yer alan Hüsniyə orada tədbirlərə qatılıb. 

Aparıcı eyni zamanda Kirkorovla şəklini paylaşaraq onu ad günü münasibətilə təbrik edib.