|
Çempionlar Liqasında ilk finalçı bəlli olur – Yenilənir

Bu gün Çempionlar Liqasında ilk finalçının adı bəlli olacaq.

Qol.az-ın xəbərinə görə, yarımfinalın cavab matçında “Real” “Bavariya”nı qəbul edəcək.

Münhendə keçirilən ilk görüşdə 2:1 hesablı qalib gələn Madrid klubu böyük üstünlük əldə edib. 

Zinəddin Zidanın komandası ardıcıl 3-cü mövsüm finalda oynamağa yaxındır. Lakin “Bavariya”nın da asan təslim olmayacağını söyləmək olar.


 

 

1 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları

22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)
İlk oyun – 2:1
Baş hakim:
 Cüneyt Çakır (Türkiyə)
Madrid, “Santyaqo Bernabeu” stadionu



2 may

"Roma" (İtaliya) - "Liverpul" (İngiltərə)
İlk oyun - 2:5
Baş hakim:
 Damir Skomina (Sloveniya)
Roma. "Olimpiya" stadionu