|
Hindistanda ağır yol qəzası - 6 nəfər öldü

Hindistanın Ximaçal-Pradeş ştatında avtomobilin dərəyə aşması nəticəsində azı 6 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə Una rayonunun yaxınlığında baş verib.

 

Həlak olan və yaralananlar ziyarətdən qayıdırmış.

İlkin ehtimala görə, avtomobilin sürücüsü yük maşını ilə toqquşmamaq üçün idarəetməni itirərək qəza törədib.