|
"Tənəffüslərdə atamın qəbrini ziyarət edirdim"

“ARB Günəş”in “Mən məktəbli ikən” layihəsinin budəfəki qonağı xalq artisti Afaq Bəşirqızı olub.

Xalq artisti anasını uşaq vaxtı itirməyindən danışıb:

“Məktəbdə oynanılan tamaşada rol almışdım. Bunu atama deməmişdim. Atam komik rollarda oynasa da, xaraktercə çox zəhmli insan idi, ondan çəkinirdim. Tamaşada oynayacağımı analığım ona demişdi. Atam gəlib məni səhnədə izlədi, onu zalda görəndə özümü itirdim, sözlərimi unutdum. Lakin bütün bunlara baxmayaraq, atam ifamı bəyənmişdi”.
Afaq Bəşirqızı atasının dəfnindən də söz açıb:

“Məktəblə Fəxri Xiyaban arasında məsafə qısa idi və o zamanlar indi olduğu kimi arada hasar yox idi. Asanlıqla xiyabana keçmək mümkün olurdu. Ona görə də tənəffüslərdə onun qəbrini tez-tez ziyarət edirdim”.

Ali məktəbə daxil ola bilməyən xalq artisti, çörək zavodunda işləməyə başlayıb və orada atasının dostlarından biri ilə rastlaşıb:

“O, mənə dedi ki, Bəşirin oğlu yoxdur, niyə sən atanın peşəsini davam etdirmirsən? Bu sözlər mənə çox təsir etdi və sənəti, peşəkar səhnəni seçdim”.